Qaxda avtomobil yük maşınına çırpılıb, sürücü xəsarət alıb

Qaxda ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə saat 01:30-da Qax-Qorağan avtomobil yolunda baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Qax rayonu Dəymədağlı kənd sakini Mətləb Arif oğlu Məmmədovun idarə etdiyi minik avtomobili qoşqulu yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir