Ehud Barak Prezident İlham Əliyevə məktub ünvanlayıb

1999-2001-ci illərdə İsrail Dövlətinin Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barak Prezident İlham Əliyevə məktub ünvanlayıb.

 

Azinformasiya.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident İlham Əliyev!

Sizin mərhum atanız Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu günlər görkəmli siyasi xadimin, tarixi şəxsiyyətin və Liderin, müasir müstəqil Azərbaycanın banisinin həyat hekayəsini, nailiyyətlərini xatırlamaq üçün çox yaxşı fürsətdir.

Dövlət Təhlükəsizliyi Xidmətində yüksək rütbələrdən başlayaraq keçmiş Sovet İttifaqı rəhbərliyində çox məsul vəzifələrə, müstəqil Azərbaycanı təlatümlərdən xilas edərək inkişaf yoluna çıxarmağa qədər uzanan həyat yolunda o, hər zaman əsl Lider olduğunu sübut etmişdir. Heydər Əliyev güclü məntiqi, zəngin təcrübəsi, qətiyyəti və dərin biliyi ilə müsahiblərini həmişə heyrətləndirirdi. Sizin mərhum atanız dünya liderləri arasında böyük hörmətə malikdir. Mən onu şəxsən tanımaq şərəfinə nail olduğuma görə qürur hissi keçirir və dünya liderlərinin BMT-nin himayəsi altında Nyu-Yorkda Yeni Minilliyini qeyd etmək üçün keçirilən toplantıdakı görüşümüzü dəqiqliklə xatırlayıram. Bu dahi insanla etdiyimiz fikir mübadiləsi mənim üçün çox səmərəli olmaqla bərabər, onun beynəlxalq geosiyasət barədə aydın, düşünülmüş və praktik yönümlü fikirlərindən dərindən təsirlənmişdim.

Siz Heydər Əliyevin liderlik irsini Azərbaycan və onun xalqı uğrunda daha böyük yüksəkliklərə qaldırdığınıza görə qürurlanmalınız. Mən Sizi dost adlandırmaqdan qürur duyur, Sizə və Azərbaycana daha uğurlu gələcək arzu edirəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir