Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə səfir “Twitter” səhifəsində məlumat yayıb.
“Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla məhsuldar görüş olub. İkitərəfli əlaqələrimiz müzakirə olundu və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulandı” – deyə səfir bildirib.
Azinformasiya.az