Putin: Rusiyanın rəqiblərinin məqsədi onun parçalanmasıdır

Rusiyaya qarşı yenidən müharibə başlayıb, lakin ölkə öz təhlükəsizliyini təmin edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 9 May Paradında çıxışında bildirib.

O qeyd edib ki, Rusiya üçün nə Qərbdə, nə də Şərqdə dost olmayan xalqlar yoxdur.

Putin, həmçinin qeyd edib ki, Rusiyanın rəqiblərinin məqsədi onun parçalanmasıdır.

İstənilən üstünlük ideologiyası cinayətdir deyən Putin Qərb elitalarını xalqlara öz iradələrini sırımağa çalışdıqlarına görə tənqid edib:

“Qərb elitaları nasistlərin dünyaya hökmranlıq iddialarının nəyə gətirib çıxardığını unudublar”.

Putin bir sıra ölkələrdə sovet əsgərlərinin xatirə abidələrinin sökülməsini cinayət adlandırıb.

Putin indi xüsusi hərbi əməliyyatın iştirakçılarının hərbi işindən daha vacib bir şey olmadığını bildirib: “Rusiya Federasiyası xüsusi əməliyyatın bütün iştirakçıları ilə fəxr edir. Rusiya dövlətçiliyinin gələcəyi xüsusi hərbi əməliyyatın iştirakçılarından asılıdır. Bütün ölkə qəhrəmanlara dəstək olmaq üçün bir birləşib.

Putin Kiyev rejimini cinayətkar adlandırıb. Onun sözlərinə əsasən, Ukrayna xalqı dövlət çevrilişinin və Qərbin planlarının girovuna çevrilib, Ukraynada hazırki fəlakətin səbəbi də məhz budur.

Rusiya dövlət başçısı Böyük Vətən Müharibəsində qələbəyə SSRİ-nin bütün xalqlarının töhfə verdiyini də vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir