Rusiyanın ötən gecə Ukraynaya atdığı 25 qanadlı raketdən 23-ü zərərsizləşdirilib.
Azinformasiya.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Aviasiya Qüvvələrinin bəyanatında bildirilib.
9 may gecəsi Ukrayna ərazisinin Rusiya tərəfindən ümumilikdə iki dalğa raket atəşinə məruz qaldığı qeyd olunub. Əlavə olunub ki, dənizdən və havadan atılmış 25 ədəd Kalibr və X-101/X-555 qanadlı raketlərindən 23 məhv edilib.
Qeyd edək ki, Ukrayna hərbi qüvvələri həftənin başlanğıcında bəyan edib ki, Rusiya gözlənilən əks-hücum öncəsi Ukraynanın hava hücumundan müdafiə imkanlarının aşındırılmasına çalışır.
Azinformasiya.az