Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Serbiyanın paytaxtı Belqrad şəhərindəki məktəbdə baş vermiş silahlı insident xəbəri bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə, Serbiya xalqına və hökumətinə səmimi qəlbdən başsağlığı veririk.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Yaralıların tezliklə sağalmasını diləyirik”, – məlumatda bildirilib..

Qeyd edək ki, Belqradda məktəbdə baş vermiş silahlı hücum zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi ölüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir