Şamaxıda yol qəzası baş verib, xəsarət alan var

Şamaxıda avtomobil qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində baş verib. Bakı istiqamətində hərəkət edən avtomobilin anidən təkəri partlayıb və avtomobil yoldan çıxıb. Nəticədə avtomobildə olan sərnişin, İsmayıllı rayonunun Topçu kənd sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Fariz Rizvan oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Mərkəzi rayon xəstəxanasına çatdırılıb və vəziyyəti normal olaraq qiymətləndirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir