Gürcüstan və İsrailin XİN rəhbərləri görüşüb

İsraildə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili israilli həmkarı Eli Kohen ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər ölkələr arasında əlaqələrin inkişafına dair müzakirə aparıblar. Eyni zamanda regionda və dünyada təhlükəsizlik mühitinə toxunulub.

İliya Darçiaşvili israilli nazirə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyə görə minnətdarlığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir