Gürcüstan Baş naziri İrakli Qaribaşvili Macarıstana səfərə gedib.
Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Hökumət başçısının Budapeştdə keçiriləcək Mühafizəkar Siyasi Fəaliyyət Konfransında iştirak edəcəyi bildirilib.
4-5 may tarixlərində olacaq konfransda Baş nazir İrakli Qaribaşvilinin də çıxışı planlaşdırılıb.
İrakli Qaribaşvilinin, həmçinin Macarıstanda yüksək səviyyəli görüşlər keçirəcəyi də qeyd edilib.
Gürcüstan Baş nazirini səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.
Qeyd edək ki, Gürcüstan müxalifəti Baş nazirin Macarıstanda sözügedən tədbirdə iştirakını qınayıb.
Azinformasiya.az