Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

NATO Müavinlər Komitəsi (DPRC) ilə Azərbaycan arasında ikitərəfli görüş yekunlaşıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə “Twitter” paylaşımında bildirib.

O qeyd edib ki, Azərbaycan dövlət başçısının köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perspektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, eləcə də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir