İsrail Prezidenti: Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik

İsraildə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu ölkənin Prezidenti İshak Hersoq ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinə diqqət yetiriblər.

“Söhbət zamanı İshak Hersoq İsrailin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb”, – deyə Gürcüstan XİN-in məlumatında qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir