Şamaxıda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb

Şamaxıda avtomobil qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Şamaxının Göylər kəndi ərazisində baş verib.

İlkin məlumata əsasən, “Mercedes” və “VAZ 2107” markalı avtomobillər toqquşaraq yol kənarına aşıb. Qəza nəticəsində hər iki maşında olan sərnişinlər ağır bədən xəsarətləri alıb.

Qəza nəticəsində xəsarət alan 5 nəfər Şamaxı Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Qəzada xəsarət alanlardan 4 nəfərin – Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlunun və 1999-cu il təvəllüdlü Baxışov Salam Cahangir oğlunun vəziyyəti orta ağır, digər bir nəfərin vəziyyəti isə daha ağır qiymətləndirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir