Sumqayıtda avtomobil 73 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda avtomobil 73 yaşlı kişini vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə 17-ci mikrorayon ərazisində baş verib.

Aydın Mirzəzadə idarə etdiyi “KİA RİO” markalı avtomobillə yolu keçən, 1950-ci il təvəllüdlü Eldar Məmmədzadəni vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir