Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə bağlıdır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir