İranda polis rəisi öldürülüb

Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində polis rəisi öldürülüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata əsasən, bu gün səhər saatlarında naməlum şəxslər Saravan polis rəisi Əlireza Şəhrakinin maşınına atəş açıb.

Hadisə nəticəsində mayor Şəhraki ölüb, həyat yoldaşı isə ağır yaralanıb.

Atışmanı törədən şəxs və ya şəxslərin axtarışları davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir