Ukrayna Prezidenti Vladimir Zelenski hər ehtimala qarşı üzərində tapança gəzdirir.
Azinformasiya.az xəbər verir ki, Zelenski bunu telejurnalist Dmitri Komarova müsahibəsində bildirib.
“Ukrayna prezidenti ruslara əsir düşür. Bunu təsəvvür edirsiniz? Biabırçılıqdır!”, – Zelenski söyləyib.
Zelenski kritik vəziyyətdə intihar etmək üçün silah lazım olacağı haqqında təxminləri inkar edib və bildirib ki, silah ona atışmaq üçün lazımdır.
Azinformasiya.az