Ərdoğan: “Akkuyu” Atom Elektrik Stansiyası 20 milyard dollarlıq bir yatırımdır

“Akkuyu” Atom Elektrik Stansiyası 20 milyard dollarlıq bir yatırımdır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib “Akkuyu” AES-in nüvə yanacağının gətirilməsinə dair rəsmi mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, “Akkuyu”nun tam işə salınması Türkiyəyə təbii qaz idxalını illik 1,5 milyard dollara qədər azaltmağa imkan verəcək. Ərdoğanın sözlərinə əsasən, bu iki ölkə arasında həyata keçirilən ən böyük layihədir.

Türkiyə Prezidenti, ən qısa zamanda, ikinci və üçüncü AES-lərin də inşasının başlanılacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir