Azərbaycan Prezidenti: Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılması zəruridir

Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruridir.

 

Azinformasiya.az xəbər verir ki, Azərbaycan Prezidenti Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edib, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb.

Prezident İlham Əliyev əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirib.

Dövlət başçısı ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu söyləyib, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və başqa sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir