Fransa XİN başçısı: Bu gün Azərbaycanla Ermənistan arasında sülh üçün şans var

Bu gün Azərbaycan və Ermənistan arasında sülh üçün şans var.

 

Azinformasiya.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında söyləyib.

O, Azərbaycanın Sovet İttifaqının süqutundan sonra çətin dövr keçirdiyini xatırladıb.

“Azərbaycan müharibədə çoxsaylı qurbanlar verib, nə qədər insan öz yurdlarından qaçqın və məcburi köçkün olub. Biz sizin əzablarınıza laqeyd deyilik. Biz minalardan təmizləməyə dəstək veririk, bu məsələnin həlli insanların həyatını xilas etmək deməkdir. Azərbaycana minalardan təmizləmə ilə əlaqədar kömək etmişik. İtkin düşənlərlə bağlı demək istəyirəm ki, onların ailələri əzab çəkib. Minaların qurbanları olub”, – Kolonna söyləyib.

O, Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladıb və bildirib ki, Fransa bunu alqışlayıb:

“Biz toqquşmalar olmasın deyə beynəlxalq ictimaiyyətə çağırış etmişik. Münaqişə dinc yolla həll olmalıdır və bu davamlı sabit sülhə aparan yoldur. Bu xalqların bu gün sülh üçün şansı var. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərdi və Fransa bunu alqışladı. Bu, həm də çətin yoldur, sülhə gedən yol səbr, təmkin, birgə iş və planlar tələb edir. Praqa görüşündə razılaşma oldu, təmaslar oldu və bu vacib idi. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır və hər şeyin əsasında bu dayanır. Biz geri qayıtmamalı, irəliləməliyik. Sülh sazişi imzalansın deyə bu çətin yolla irəliləmək lazımdır. Fransa vasitəçilik səylərini alqışlayır və Fransa bunu təşviq edəcək. Sülhə doğru irəliləmə o deməkdir ki, gücdən istifadə olunmasın. Biz danışıqların mahiyyətcə məhsuldar olmasını diləyirik. Biz Azərbaycan tərəfdən birtərəfli qaydada qurulan keçid məntəqəsini pisləyirik, bunu bəyan etmişik. Eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yerinə yetirilməlidir. Bütün bu addımlar etimad yaradacaq”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir