Laçın yolunda vəziyyətə görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz rəsmi mövqeyini bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, “hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır”.
“Biz inanırıq ki, tərəflər 9 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, – Zaxarova diqqətə çatdırıb.
Azinformasiya.az