Çin və Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşü keçirilib

Bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, görüşdə Çin Dövlət Şurasının üzvü, xarici işlər naziri Qin Qanq, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, Qırğızıstanın xarici işlər naziri Yeenbek Kulubayev, Tacikistanın xarici işlər naziri Siroyiddin Muhriddin, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov və Türkmənistanın xarici işlər nazirinin birinci müavini Vera Hacıyev iştirak edib.

Görüşdə xarici işlər nazirləri 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya – Çin” Dövlət Başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Həmçinin tərəflər arasında regional və qlobal gündəlikdəki mühüm məsələlər, habelə ŞƏT çərçivəsində əməkdaşlıq və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir