Kürdəmirdə zəncirvari yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Köhnə bazar adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”, “QAZ 3110” və “VAZ 2106” markalı avtomobillər toqquşması nəticəsində Səlimov Taleh Telman oğlu, Abdullayev Ülvi Ələsgər oğlu və Osmanov Elşad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər üç yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir