Biləsuvarda eyni ərazidə iki yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hər iki hadisə rayonun Süd zavodu yaxınlığında baş verib.

Birinci qəzada 3 nəfər rayon sakini – 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova və 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıb.

Sözügedən ikinci avtoqəza zamanı “VAZ 2106” markalı minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1978-ci il təvəllüdlü F.Qurbanov xəsarət alıb.

Hadisələr əsnasında xəsarət alan 4 nəfər rayon xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir