Özbəkistana yeni xarici işlər naziri təyin edilib

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib.

 

Azinformasiya.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb.

Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyinin Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirildiyini və təsdiq edildiyini bildirib.

Qeyd edək ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir