Britaniya kəşfiyyatı: “Rusiyanın əsas diqqəti Ukraynanın əks-hücum əməliyyatlarına hazırlığa yönəlib”

“Rusiyanın əsas diqqəti Ukraynanın əks-hücum əməliyyatlarına hazırlığa yönəlib”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Rusiyanın qış fəslində həyata keçirdiyi hücum cəhdlərinin uğurlu olmadığı qeyd olunub: “Rusiyanın gündəlik itkiləri azalıb. Ukrayna Baş Qərargahının açıqladığı rəqəmlərə əsasən, mart ayında gündəlik itki orta hesabla 776 nəfər idi. Apreldə isə bu göstərici 568 nəfərə düşüb. Ukraynanın dəqiq metodologiyasını yoxlaya bilmirik, amma ümumi tendensiya çox güman ki, dəqiqdir”.

Qeyd edək ki, Prezident Volodimir Zelenski və digər rəsmi şəxslər Ukraynanın yaxın vaxtlarda əks-hücum əməliyyatlarına başlayacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir