Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2 000-dən çox insanı Rusiya əsirliyindən azad edib. Onların 140-ı mülki şəxslərdir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın Baş naziri Kaya Kallas ilə keçirdiyi birgə brifinqdə açıqlama verib.
“Bu müddət ərzində biz 2 238 nəfəri əsirlikdən azad etmişik. Mərkəz (məhbusların axtarışı və azad edilməsi üzrə – red.) 24 saat işləyir. Bu 2 238 nəfərdən 140 nəfəri mülki şəxslərdir. Biz həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsi üzərində işləyirik”, – dövlət başçısı bildirib.
Azinformasiya.az