Ərdoğan: “Xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır”

“Ölkəmizin təsir gücünün artmasından narahat olanlar gün sayırlar. Lakin xalqımız onları sevindirməz”.

 

Azinformasiya.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində söyləyib.

Onun sözlərinə əsasən, müxalifətin yeganə dərdi Türkiyənin indiyə kimi əldə etdiklərini məhv etməkdir: “Onlar Türkiyəni yarım əsr geri aparmaq istəyirlər. Onları millətin rifahı düşündürmür. Ona görə indiyə kimi heç bir sahədə, eləcə də səhiyyədə, təhsildə, kənd təsərrüfatında heç bir iş görməyiblər”.

Ərdoğan, eyni zamanda müxalifətlə hazırkı iqtidarın fərqini də izah edib: “Biz inşa edirik, onlar isə dağıdırlar”.

Prezident vurğulayıb ki, xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir