Qazaxıstanda 9 may – Qələbə Günü qeyd olunmayacaq

Qazaxıstanda 7 may Vətənin Müdafiəçisi Günü və 9 May – Qələbə Günü qeyd olunmayacaq.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qələbə Gününün və Vətənin Müdafiəçisi Gününün qeyd olunmamasına səbəb kimi büdcəyə qənaət və digər tapşırıqların həllinin vacib olması göstərilib.

Qeyd edək ki, 9 may SSRİ-nin (1941-1945) faşizm üzərində qələbəsi günü kimi qeyd olunur. Qələbə Günü əksər postsovet ölkələrində qeyd edilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir