Keniyada təriqət liderinin əmri ilə ac qalan xeyli sayda insan ölüb, 21 cəsəd tapılıb

Keniya polisi sahilyanı Malindi şəhəri yaxınlığında öz tərəfdarlarına aclıqdan ölməyi əmr etdiyi iddia edilən bir dini liderlə bağlı araşdırma apararkən 21 cəsəd aşkar edib.

 

Azinformasiya.az TRT Haber-ə istinadən xəbər verir ki, eksqumasiya edilənlər arasında ölü uşaqlar da var və polis bundan sonra daha çox cəsədin tapıla biləcəyini bildirib.

Yeni qəbirlər ötən həftə Beynəlxalq Xoş Xəbər Kilsəsinin 15 üzvünün xilas edildiyi zaman Şakahola meşəsində tapılıb.

Təriqətin təbliğçisi Paul Mackenzie Nthenge məhkəməyə veriləcək, hazırda həbs edilib.

Dövlət kanalı olan KBC Nthengeni “təriqət lideri” kimi təqdim edib və indiyə kimi 58 məzarın müəyyən edildiyini bildirib.

Qəbirlərdən birində eyni ailənin 5 üzvünün cəsədinin tapıldığı güman edilir.

Mackenzie hər hansı bir qanun pozuntusunu rədd etdi, amma onun zaminə buraxılması rədd edildi.

O, 2019-cu ildən kilsəsinin bağladığını iddia edib.

İddialara əsasən, o, davamçılarına “İsa ilə görüşmək” üçün ac qalmalarını deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir