Abşeronda silahlı şəxs tutulub

Abşeronda silahlı şəxs tutulub.

 

Azinformasiya.az xəbər verir ki, Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun üzərində «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli-odlu, istifadəyə və atəşə yararlı avtomat döyüş silahı 30 ədəd patron aşkarlanıb.

Fakt üzrə cinayət işi başlanıb. Rəhimov Namiq Oktay oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir