Tramp dünyanı nüvə silahlarından qurtulmağa çağırıb

ABŞ-ın sabiq prezidenti Donald Tramp dünya ictimaiyyətini nüvə silahlarından qurtulmağa çağırıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Tramp “Youtube”dakı “Full Send Podcast” kanalında çıxışı zamanı söyləyib.

“Onlar qlobal istiləşmədən danışırlar. Bu axmaqlıqdır. Biz nüvə silahlarından qurtulmalıyıq”, – deyə Tramp bildirib.

Keçmiş ABŞ prezidentinin bu, olduqca mühüm vəzifədir və o, bunu öz üzərinə götürməyə hazırdır.

“Mən bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışdım və bu ideya onun xoşuna gəldi”, – deyə sabiq dövlət başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir