“Bu gün səhər mən Buçaya baş çəkdim və orada gördüklərim məni dərindən təsirləndirib”.
Azinformasiya.az xəbər verir ki, bunu Kiyevdə səfər etmiş NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında söyləyib.
“İşğaldan bir ildən çox vaxt keçsə də Rusiyanın təcavüzkar müharibəsi bəşəriyyət üçün misilsiz əzablara səbəb olmağa davam edir, evlərə və xəstəxanalara, uşaq meydançalarına və elektrik stansiyalarına amansız hücumlar edilir.
Rusiyanın Ukrayna xalqına qarşı vəhşilikləri bu gün də davam edir və bütün bunlara görə məsuliyyət daşıyanlar cavab verməlidir.
Mən bu gün sadə bir mesajla buradayam: NATO Ukraynanın yanındadır.
2014-cü ildə Rusiyanın Krımı qanunsuz şəkildə birləşdirməsindən sonra biz sizin yanınızdayıq. Biz bu gün rus işğalçılarına qarşı qəhrəmancasına mübarizənizdə və ölkənizin müdafiəsində sizin yanınızdayıq və sizin yenidən qurduğunuz və Ukrayna xalqı üçün daha parlaq gələcəyə doğru çalışdığınız zamanda, sabah da sizin yanınızda olacağıq.
NATO bu gün, sabah və nə qədər gərəkdirsə, sizinlədir”, – Stoltenberq vurğulayıb.
Azinformasiya.az