BMT baş katibi Dohada Əfqanıstan üzrə xüsusi nümayəndələrlə görüşəcək

BMT-nin baş katibi Antonio Quterreş 1 may tarixində Qətərin paytaxtı Dohada müxtəlif ölkələrin Əfqanıstan üzrə xüsusi nümayəndələri ilə görüş keçirəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Twitter“də paylaşım edib.

Xəlilzad, eyni zamanda Taliban hərəkatının formalaşdırdığı Əfqanıstanın müvəqqəti hökumətinin nümayəndələri ilə birlikdə həyata keçiriləcək işlərin yol xəritəsinin hazırlanmasına çağırış edib.

Qeyd edək ki, 2021-ci ilin yazında ABŞ öz ordu birləşmələrini Əfqanıstandan xaric etmək qərarını açıqladıqdan sonra radikal Taliban qüvvələri ölkəyə nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb və həmin ilin 15 avqust tarixində döyüşsüz Kabilə daxil olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir