Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel qətliamının 30-cu ildönümü münasibətilə paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, paylaşımda deyilir:
“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edir və regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”.
Azinformasiya.az