Gəncədə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.
Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə motosiklet toqquşub.
Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən motosiklet sürücüsünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az