Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mikrorayon adlanan ərazisində baş verib.
Yolu keçən 2004-cü il təvəllüdlü Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabit olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az