Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

 

Azinformasiya.az “Unian”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Andrey Yermak bildirib ki, Pasxa bayramı münasibəti ilə böyük əsir mübadiləsi həyata keçirilib, 130 ukraynalı əsiri azad edilib. Bir neçə gün davam edən əsir mübadiləsi zamanı Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşmüş ukraynalı hərbçilər azad olunub.

Mübadilə zamanı azad edilən rusiyalı əsirlərin sayı barədə açıqlama verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir