Zaxarova: Norveç Rusiyaya qarşı təxribat xarakterli və qeyri-dost addım atıb

Norveç hökuməti Rusiyanın bu ölkədəki səfirliyinin 15 əməkdaşını “persona non qrata” elan etməklə Rusiyaya qarşı növbəti təxribat xarakterli və qeyri-dost addım atıb.

 

Azinformasiya.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Mariya Zaxarova şərhində bildirib ki, Norveç hökumətinin bu qərarı Rusiyaya qarşı düşmənçiliyin qəsdən alovlandırılması kimi qiymətləndirilir: “Rusiya diplomatlarına qarşı konkret iddialar irəli sürülmür, əksinə, Norveç mediası son aylarda Rusiyanın “casusluq fəaliyyəti”ni ifşa etmək üçün növbəti saxta kampaniyaya başlayıb. Şübhə yoxdur ki, mərkəzi hakimiyyət orqanlarının və xüsusi xidmət orqanlarının təklifi ilə və kənardan təsir altında olan KİV-lər Rusiya ilə artıq ən aşağı həddə olan münasibətlərin əlavə gərginləşməsinə haqq qazandırmaq məqsədilə öncədən planlaşdırılmış addımlar atır”.

Rusiya XİN sözçüsü qeyd edib ki, Rusiya-Norveç təmaslarına ciddi zərbə vurulub: “Norveç getdikcə Rusiyaya düşmən dövlət statusunu təsdiqləyir. Bu hərəkətlər tərəfimizdən cavabsız qalmayacaq, sərt cavab tədbirləri görəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir