ABŞ-ın müdafiə naziri İsveçə səfər edəcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsveçə səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda İsveç hökumətinin rəsmi saytında məlumat verilib.

Aprelin 19-da müdafiə naziri Pal Yonsonun ABŞ-ın müdafiə naziri Lloyd Ostini qəbul edəcəyi bildirilib.

Görüş Muskö hərbi bazasında baş tutacaq.

“Səfərin məqsədi Avropadakı təhlükəsizlik siyasəti, ölkələrin müdafiə sahəsində əməkdaşlığının gələcək inkişafı, İsveçin NATO-ya inteqrasiyası, habelə İsveçin ən qısa zamanda alyansa qoşulmasının vacibliyini müzakirə etməkdir. Müdafiə nazirləri, eyni zamanda Ukraynaya uzunmüddətli hərbi dəstəyi müzakirə edəcəklər. Sakit okean regionunda son vəziyyət, Çinlə münasibətlərin müzakirəsi də gündəlikdədir”, – hökumətin yaydığı məlumatda bildirilib.

İkitərəfli görüşdən sonra müdafiə nazirləri birgə mətbuat konfransı keçirəcək və İsveç Silahlı Qüvvələrinin dəniz və hava arenalarında hərbi imkanlarının nümayişini izləyəcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir