Lavrov: Rusiya, Qazaxıstan və Özbəkistan “üçlü qaz ittifaqı” layihəsinin müzakirəsində irəliləyiblər

Rusiya, Qazaxıstan və Özbəkistan “üçlü qaz ittifaqı” layihəsinin müzakirəsində irəliləyiblər.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfirinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

“Üç ölkə – Rusiya, Özbəkistan və Qazaxıstan, habelə prezidentlər səviyyəsində enerji təhlükəsizliyini tamamilə gücləndirəcək bu irimiqyaslı layihənin müzakirəsində fəal irəliləyişə müvəffəq olublar. Bu layihədə mənfəət hər kəs üçün olacaq, çünki qaz tədarükçüləri var, bu qazla maraqlananlar var. Tərəflər həm tranzit şərtləri, həm də qiymət şərtləri ilə razılaşanda, hər kəs hər şeydən razıdırsa, o zaman hamı qazanır”, – deyə Lavrov qeyd edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın sonunda Kremldə keçirilən görüşdə Özbəkistanın iştirakı ilə Rusiya qazının Qazaxıstan və Özbəkistan ərazisindən nəqli zamanı fəaliyyəti koordinasiya etmək üçün “üçlü qaz ittifaqı”nın yaradılmasını müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir