“Rusiyalı sülhməramlıların yerləşdirilməsi davam edir, erməni hərbçilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması prosesi baş verir”.
Azinformasiya.Az-ın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Bu mərhələdə insani məsələlər prioritet həll yollarını tələb edir”, – o bildirib.
XİN sözçüsü qeyd edib ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim əlaqə qurur, münaqişədən sonrakı nizamlama ilə bağlı işləri koordinasiya edir: “Razılaşmaların qeyd-şərtsiz icrasını təmin etmək vacibdir. Məmnuniyyətlə qeyd edirik ki, Rusiyanın vasitəçilik səyləri bu gün davamlı atəşkəsin əldə edilməsinə, eləcə də dinc həyata qayıtmaq istiqamətində mühüm addımlar atılmasına imkan yaradıb”.