Rusiya XİN: Sərhəddə baş verənlər Bakı və İrəvanın qarşılıqlı təmkin göstərməsinin vacibliyini təsdiq edir

Ermənistan-Azərbaycan sərhədində baş verənlər Bakı və İrəvanın qarşılıqlı olaraq təmkin göstərməsinin vacibliyini təsdiq edir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir.

Zaxarova ötən gün Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin dərhal Azərbaycan və Ermənistanın məsuliyyətli şəxsləri ilə təmasa girdiklərini və deskalasiya ilə bağlı tədbirlər gördüyünü bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir