Kuleba və Blinken arasında telefon danışığı olub

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “Twitter”də bildirib.

Onun sözlərinə əsasən, telefon danışığı zamanı ABŞ dövlət katibi Ukraynaya dəstəyini bir daha təsdiqləyib və “Ukraynanın döyüş meydanında qalib gəlmə qabiliyyətinə şübhə yaratmaq cəhdlərini qətiyyətlə rədd edib. Ukraynanın etibarlı tərəfdaşı olan ABŞ bütün diqqətini qələbəmizi irəlilətməyə və ədalətli sülhü təmin etməyə yönəldib”, – Kuleba yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir