Milli Məclisdə vətəndaş nikahlarından dünyaya gələn uşaqların problemləri qaldırılıb

“Azərbaycanda vətəndaş nikahından dünyaya gələn çoxlu sayda uşaq da var”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı bildirib.

Deputat qeyd edib ki, bu uşaqlarla bağlı məsələlər qanunvericilikdə əksini tapmayıb: “Bu uşaqların statusu, sağlamlıqların qorunması kimi məsələlərin qanunvericilikdə əksini tapmasına ehtiyac var”.

Deputat Müşfiq Məmmədli isə nikah zamanı narkoloji müayinə aparılmasını təklif edib: “Nikah zamanı İİV və digər müayinələr tələb olunur. Narkomaniyanın geniş yayıldığı belə bir vaxtda narkoloji testin də bu sıraya daxil edilməsi vacibdir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir