Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

 

Azinformasiya.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır.

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Nazirlər Kabineti müəyyən edəcək. Həmçinin sosial xarakterli fövqəladə mühit rejimi Nazirlər Kabinetinin normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq ediləcək. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi ilə bağlı normativ hüquqi akt dərhal mediada elan olunmalı, habelə 24 saat müddətində rəsmi dərc edilməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir