Azərbaycan Prezidenti Tokayevi Qarabağda Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasiminə dəvət edib

İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı söyləyib.

“Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur”, – Prezident İlham Əliyev.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir