Polşanın Baş naziri ABŞ-a səfər edəcək

Polşa Baş naziri Mateuş Moravietski ABŞ-a səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Polşa Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Moravietski aprelin 11-13-də ABŞ-da səfərdə olacaq.

“Baş nazirin Vaşinqtona səfəri Ağ Evdə ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşlə başlayacaq. Polşa hökumətinin başçısı Polşa-Amerika iqtisadi əməkdaşlığı, habelə energetika sahəsində məsələləri müzakirə edəcək. Təhlükəsizliklə bağlı mövzular da müzakirə olunacaq mövzular arasındadır. Baş nazir səfəri çərçivəsində Amerika müdafiə sənayesi nümayəndələri ilə görüşlər keçirəcək”, -Baş nazirin Ofisi bildirib.

Polşa hökumətinin rəhbəri Beynəlxalq Valyuta Fondunda keçiriləcək panel müzakirəsində də iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir