Naxçıvanda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə zamanı 1985-ci il təvəllüdlü Culfa rayon sakini Heydərova Şəbnəm Şiraz qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır.

Sözügedən faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir