Lukaşenko: “Təhlükəsizliyin təmin edilməsində hava hücumundan müdafiə sisteminin rolu artacaq”

Belarusun təhlükəsizliyinin təmin edilməsində hava hücumundan müdafiə qüvvələrinin rolu artacaq.

Bunu respublika prezidenti Aleksandr Lukaşenko söyləyib. Bazar günü, aprelin 9-da siyasətçi hava hücumundan müdafiə mütəxəssislərini peşə bayramı münasibətilə təbrik edib.

Azinformasiya.az xəbər verir ki, təbrik mətni dövlət başçısının rəsmi portalında yer alıb.

“Ölkəmiz ətrafında baş verən son hadisələr onu göstərir ki, Belarus Respublikasının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində hava hücumundan müdafiə qüvvələrinin rolu və əhəmiyyəti daha da artacaq, ona görə də dövlət hərbi hissələri və hava hücumundan müdafiə bölmələri döyüş tapşırıqlarını effektiv şəkildə həll etmək üçün ən müasir avadanlıqlara malikdir” – o bildirib.

O, eyni zamanda Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət etmək şərəfinə müvəffəq olanların hamısının bundan qürur duyduqlarına və xidmətlərinə məsuliyyətlə yanaşdıqlarına əminliyini ifadə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir