Borrell: Aİ Rusiyaya qarşı təzyiqi davam etdirəcək

“Avropa İttifaqı (Aİ) Ukraynanın müdafiəsinə dəstəyi davam etdirməyə sadiqdir”.

 

Azinformasiya.az xəbər verir ki bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borell Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuata açıqlamasında söyləyib.

O, Avropa İttifaqının bu müharibəyə görə Rusiyaya qarşı kollektiv təzyiqi saxlamağa davam edəcəyini qeyd edib.

“Biz bacardığımız hər şeyi edirik, Ukraynanın qələbə çalması üçün hərbi, siyasi və maliyyə dəstəyi veririk”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir